Dünyada koronavirusa yoluxanların sayı 456 milyonu ötüb
Tarix: 13-03-2022, 16:28
Baxılıb: 428
Google+ Paylaş
Tumblr Paylaş

Dünyada koronavirusa yoluxanların sayı 456 milyonu ötüb

13-03-2022, 16:28

Dünyada koronavirusa yoluxma hallarının sayı 456 796 932 nəfərə çatıb.
“dogruxeber.com" xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun yayılmasının başlanğıcından indiyədək 6 040 682 nəfər dünyasını dəyişib.
Ən çox yoluxma olan ölkələr arasında ilk yerləri ABŞ, Hindistan, Braziliya və Fransa bölüşür.
ABŞ-da COVID-19-a yoluxanların sayı 79 517 492 nəfər, ölənlərin sayı 967 552 nəfər olub. Hindistan yoluxanların sayına görə ikinci yerdədir, burada yoluxma sayı 42 990 991 nəfər təşkil edir. Ölənlərin sayı isə 515 850 nəfərə çatıb. COVID-19-a yoluxanların sayına görə üçüncü yerdə 29 361 024 nəfərin yoluxduğu Braziliyadır, onlardan 655 234 nəfər ölüb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ