Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
Tarix: 1-08-2022, 16:59
Baxılıb: 1 428
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

1-08-2022, 16:59

Bakıda dələduzluqda təqsirləndirilən Mikayıl Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


"dogruxeber.com"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M.Abdullayev vətəndaşın etibarından istifadə edərək Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə ümumilikdə 46 min 500 manat pulunu ələ keçirib.

O, digər bir şəxsə isə torpağa çıxarış təşkil edəcəyi adı ilə ondan 12 min manat pul alıb.

M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə ittiham irəli sürülüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ