Azərbaycanda magistral yolu su basdı, sürücülər çətin anlar yaşadı   - VİDEO
Tarix: 15-10-2022, 17:26
Baxılıb: 980
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda magistral yolu su basdı, sürücülər çətin anlar yaşadı - VİDEO

15-10-2022, 17:26

Bakı-Ələt-Qazax-Gürcüstan yolunu su basıb.

Oxu.Az xəbər verir ki, su kəmərində baş verən qəza suyun avtomobil yoluna daşmasına səbəb olub.

Bu səbəbdən yolda nəqliyyatın hərəkəti çətinləşib.

Məsələ ilə bağlı "dogruxeber.com" bildirir ki, sözügedən ərazidə gecə saatlarında qəza baş verib:

“Kür-Bakı su kəmərinin Qaradağ rayonundan keçən hissəsində böyük qəza baş verib. Ətrafa böyük həcmdə su dağılıb. Su Bakı-Qazax yoluna çıxıb və nəqliyyatın hərəkətinə maneə yaranıb.

Qurum rəhbərliyi, qəza briqada heyəti gecə saatlarından ərazidədir. Xüsusi texnikalar, su kənarlaşdıran bütün nasoslar əraziyə cəlb olunub. İlkin olaraq əraziyə dağılan suyun təmizlənməsinə çalışırıq. Ardınca isə baş verən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiriləcək”.

A.Cəbrayıllı qeyd edib ki, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə cəlb ediliblər. Suyu kənarlaşdırmaq üçün əraziyə FHN-in nasos qurğuları da cəlb olunacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ