Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi
Tarix: 16-05-2022, 18:00
Baxılıb: 592
Google+ Paylaş
Tumblr Paylaş

Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi

16-05-2022, 18:00

Müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.


BAKU.WS xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında bildirib. Sənətçi hava limanından görüntülərini paylaşaraq Rusiyaya həyat yoldaşının yanına getdiyini deyib:

"Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir".

Qeyde edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.

Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.
ŞOU-BIZNES


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ