Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Tarix: 25-06-2022, 11:52
Baxılıb: 1 719
Google+ Paylaş
Tumblr Paylaş

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

25-06-2022, 11:52

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.


İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “dogruxeber.com” bildirib ki, sabah, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

O qeyd edib ki, hərbi orkestrlər saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər.

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;

- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.

Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağadakı ünvanlarda çıxışlar edəcəklər.

- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

- AzNeft dairəsindəki bayraq meydanında;

- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

- Zabitlər parkında;

- Koroğlu parkında;

- Fəvvarələr meydanında.

"Bununla əlaqədər olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir", - DYP rəsmisi vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ