Polis Şirvanda hərəkətə keçdi: 20 nəfər saxlanıldı
Tarix: 16-06-2022, 19:58
Baxılıb: 629
Google+ Paylaş
Tumblr Paylaş

Polis Şirvanda hərəkətə keçdi: 20 nəfər saxlanıldı

16-06-2022, 19:58

  Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin dələduzluq və oğurluq əməllərini törədən şəxslərə qarşı son 15 gün ərzində silsilə əməliyyat tədbirləri həyata keçirilib.

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "dogruxeber.com" verilən xəbərə görə, qeyd edilən dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində polis şöbəsində araşdırmalar başlanıb. Saxlanılan şəxslərdən ümumilikdə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də çətənə bitkiləri aşkarlanaraq götürülüb. Həmçinin keçirilən əməliyyatlar zamanı şəhər ərazisində oğurluq edən, vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq əməlini törədən, eləcə də qanunsuz olaraq odlu silah saxlayan 3 nəfər də saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Ümumilikdə 15 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan 20 nəfər şəxsdən 16-sı barəsində şəhər məhkəməsi tərəfindən həbs, 4-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Qeyd edilən faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ