"Keşlə"nin baş məşqçisi: "Sonuncu pillələrdə olmaq istəmirik"
Tarix: 12-03-2022, 19:22
Baxılıb: 812
Google+ Paylaş
Tumblr Paylaş

"Keşlə"nin baş məşqçisi: "Sonuncu pillələrdə olmaq istəmirik"

12-03-2022, 19:22

"Sonuncu pillələrdə olmaq istəmirik".
"dogruxeber.com"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis hər iki komanda üçün vacib qarşılaşma olduğunu bildirib: "Aşağı sıralarda gedən kollektivlər üz-üzə gəlirdi. Çətin olacağını bilirdik. Futbolçular verilən tapşırıqları yerinə yetirdilə və 3 xal qazanmaq üçün əllərindən gələni etdilər. Bundan əvvəl də komanda yaxşı oynayırdı, sadəcə, qol imkanlarından yararlana bilmirdik. Çempionat sona yaxınlaşdıqca oyunlar daha da çətinləşir. Artıq bu qarşılaşmanı unudub növbəti matça hazırlaşmalıyıq".
Qurbanov rəqibin son iki görüşünü analiz etdiklərini sözlərinə əlavə edib: "Zirə" ilə görüşdə çox yaxşı oynamışdılar. "Neftçi"yə qarşı isə daha çox müdafiəyə üstünlük verirdilər. Bu gün üçüncü zonada rəqibə pressinq tətbiq etməyə çalışırdıq. Bu, bəzən alınırdı. 2:0 öndə olsaq da, komandanın boşalmasını istəmirdim".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ