Rusiya hərbçiləri bankomat növbəsinə durmuş vətəndaşları bombaladı — ölən və yaralananlar var
Tarix: 13-03-2022, 21:30
Baxılıb: 486
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya hərbçiləri bankomat növbəsinə durmuş vətəndaşları bombaladı — ölən və yaralananlar var

13-03-2022, 21:30

Şikayət və ya təkliflərinizlə bağlı (055) 378-57-50 nömrəsi ilə əlaqə saxlayın

Rusiya hərbçiləri bu dəfə Ukraynanın Nikolayev şəhərini bombardman edib.

dogruxeber.com-un "Unian.net"ə istinadən xəbərinə görə, bombardman nəticəsində 9 nəfər həlak olub, daha 13 nəfər yaralanıbBu barədə Nikolayevin meri Aleksandr Senkeviç məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 7-si reanimasiyadadır:


"Kaset mərmiləri ilə bombardman olub. Onlar iki yaşayış məntəqəsini - Solyanye və Severnı əhatə edib. Hazırda 13 yaralı var, onlardan 7-si reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib. Bunlar sadə vətəndaşlardır, əsasən də yaşlılardır, mağaza yanında bankomat növbəsinə durmuşdular.

Sadəcə yaşayış məntəqələrini bombalayıblar. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb" - deyə Senkeviç qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ