Bir evdə 9 nəfər güllələnib
Tarix: 12-03-2022, 23:30
Baxılıb: 338
Google+ Paylaş
Tumblr Paylaş

Bir evdə 9 nəfər güllələnib

12-03-2022, 23:30

Bir evdə 9 nəfər güllələnib

Meksikanın mərkəzindəki Puebla əyalətindəki Atliksko şəhərində fərdi evdə üç qadın da daxil olmaqla doqquz nəfərin güllələnib.

dogruxeber.com Trend-ə istinadən bildirir ki, məlumatı yerli rəsmilər təsdiqləyib.

Puebla əyaləti Baş Prokurorluğunun bildirdiyinə görə, sağ qalan bir nəfər ağır vəziyyətdədir, o, baş, ayaq və çiynindən güllə yaraları alıb.


Əyalətin qubernatoru Migel Barbosa mətbuat konfransında qeyd edib ki, bütün dəlillər hadisənin dəstələrarası edam olduğuna işarə edir. O, ilkin araşdırmalara görə, qurbanların hücuma məruz qaldığı evin narkotiklərin yayılması və satışı yeri olduğunu bildirib.

Hadisədən sonra federal, regional və yerli hakimiyyət orqanları birgə əməliyyata başlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ