Bakıda 16 yaşlı qız özünü sanitar qovşaqda asdı
Tarix: 18-06-2022, 14:54
Baxılıb: 902
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda 16 yaşlı qız özünü sanitar qovşaqda asdı

18-06-2022, 14:54

dogruxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasındakı sanitar qovşaqdan yeniyetmə qızın asılmış vəziyyətdə meyiti aşkar edilib.
İlkin araşdırmalardan sonra meyitin həmin sanatoriyanın həyətindəki evlərdən birində yaşayan, 2006-cı il təvəllüdlü Ə.Əliyevaya məxsus olması müəyyən edilib.
Bəlli olub ki, orta məktəbin yuxarı sinif şagirdi olan 16 yaşlı Ə.Əliyevanın tanış olduğu oğlanla aralarında sevgi münasibəti yaranıb. Valideynləri isə ona həmin oğlanla əlaqəsini kəsməsini tapşırıblar. Ali məktəbə hazırlaşan qızın ailə üzvləri daha sonra Ə.Əliyevanın mobil telefonunu əlindən alıblar.
Bundan sonra 16 yaşlı qız sanitar qovşaqda özünü asaraq həyatına son qoyub.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ