Sabahın hava proqnozu AÇIQLANDI
Tarix: 18-06-2022, 14:30
Baxılıb: 855
Google+ Paylaş
Tumblr Paylaş

Sabahın hava proqnozu AÇIQLANDI

18-06-2022, 14:30

İyunun 19-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən dogruxeber.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 20-22° isti, gündüz 27-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ