Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?
Tarix: 15-05-2022, 18:16
Baxılıb: 601
Google+ Paylaş
Tumblr Paylaş

Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?

15-05-2022, 18:16

Mütəxəssislər deyirlər ki, uşaqların müəyyən yaşa qədər telefon, kompüterdən uzaq saxlanması onların texnoloji cəhətdən digər uşaqlardan geri qalmasına səbəb olacaq faktor deyil. Amma əvəzində... 


Yəqin hamımız azyaşlı uşaqların texnoloji əşyalara olan marağı ilə rastlaşmışıq. Adi vaxt üzümüzə baxmayan uşaqlar telefon gördükdə bizimlə dostlaşırlar. Amma hamımız bilirik ki, telefon şüalanma mənbəyidir. Bir çox valideynlər də bu səbəbdən uşaqları müəyyən yaşa qədər texnologiyadan uzaq tutmağa çalışırlar. Bu addımın uşaqların sağlamlığı naminə atıldığı bildirilir. Ancaq bəzi valideynlər deyirlər ki, texnologiya əsrində yaşayırıq, qoy uşaqlar tez öyrənsinlər, uzaq tutsaq, texnologiyadan geri qalacaqlar. Burada həqiqət payı nə qədərdir? Müəyyən yaşa qədər uşaqların texnologiyadan uzaq saxlanması onların texnoloji cəhətdən digər uşaqlardan geri qalmasına səbəb ola bilərmi? Həmin uşaqlar üçün texnologiya ilə birdən-birə qarşılaşmaq çətinlik yaradar? 

Çətin olmayacaq, çünki…

Psixoloq Nuranə İsgəndərova deyir ki, texnologiyadan uzaq qalan uşaqlar gələcəkdə çətinliklə üzləşməyəcəklər:

“Çünki telefon və texnologiyadan istifadəni öyrənmək uşaqlar üçün çox rahatdır. Əksinə, 1-3 yaş dönəmində ekrandan uzaq qalan uşaqların diqqətləri daha aktiv, sosiallığı daha yaxşı və aqressivliyi daha az olur”.

IT mütəxəssisi Rəşad Əliyev bildirir ki, uşaqların məntiqi bacarıqlarının üzərində işləmək lazımdır, bu zaman texnologiyaya alışmaq problemi yaşamazlar:

“Sadəcə həmin uşaqların məntiqini artırmaq lazımdır. Məntiq üçün xüsusi proqramlar, oyuncaqlar var. Onlar müxtəlif rənglərdə olan fiqurlar və s. ola bilər. Yəni onlarla da uşaqların məntiqini inkişaf etdirə bilərlər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ