Şirvanda bank hesabından pul oğurlayan şəxs saxlanılıb
Tarix: 18-07-2022, 11:40
Baxılıb: 1 802
Google+ Paylaş
Tumblr Paylaş

Şirvanda bank hesabından pul oğurlayan şəxs saxlanılıb

18-07-2022, 11:40

Şirvan Şəhər Polis Şöbəsinə şəhər sakini M.Heydərovun bank hesabından 300 manatının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən "dogruxeber.com"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin soyğunçuluq yolu ilə törədilməsi müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini C.Paşayev müəyyən olunaraq saxlanılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ