Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Avtovağzalda bilet tapılmır-VİDEO

Avtovağzalda bilet tapılmır-VİDEO

yüklənir...
Tovuz avtovağzalında sakinlər bilet tapmaqda çətinlik çəkirlər. Bu rayondan digər rayon və şəhərlərə eləcə də bakıya getmək istəyən vətəndaşlar biletsiz qalıb.Hətta sürücülərə pul ödəməli olurlar. Bunu elə sürücülər də etiraf edir. Bənzər vəziyyət Bərdə avtovağzalında da var.

Paytaxtdan rayonlaraavtobuslarla gediş bilet lə həyata keçirilsə də əks istiqamətdə, habelə rayonların öz aralarında sərnişin daşımaları üçün bunu demək mümkün deyil. Bir sıra rayonlardaşəhərlər arası istiqamətlərdə ya bilet almaq əvəzinə ödənişlər yenə əvvəlki qaydada sürücülərənağd şəkildə həyata keçirilir.

Tovuzdan ətraf rayon və şəhərlərə eyni zamanda paytaxta üz tutan sərnişinlər nəinki bilet, kassada adam belə tapa bilmədiklərini deyirlər.

Bakıya gedənlər də bilet tapmaqda çətinlik çəkirlər.Biletlə sərnişin daşımaq isə sürücülərə sərf etmir. Tovuzdan Şəmkirə,Gəncəyə, Mingəçevirə bilet qiymətləri ucuz olduğundan sürücülər biletsiz sərnişin daşıyırlar.

Avtovağzal rəsmisi isə bilet satışının əvvəlcədənmümkün olmadığını deyir. Bilet Gürcüstandan və Qazaxdanavtobuslargələndə boş yerlərə uyğun satılır.

Bərdəavtovağzalında bənzər vəziyyət var. sərnişinlər rayon və şəhərlərə getmək üçün pulu bir başa sürücüyə ödəyirlər.Bunu sürücülər də təsdiqlyir.

Bəzi sərnişinlər kassalarda biletın olmadığını bildirirlər.

Bununla belə rayon avtovağzalından bildirdilər ki, Kassalar bütün gün işləyir və istiqamətlər üzrə biletlərsatışdadır. Məsələyə Dövlət avtomobil nəqliyyatı xidmətindən də münasibət öyrəndik. Murumdan xəzər xəbərə bildirilib ki,vətəndaşlar əvvəldən bilet almalıdır. Sürücülər pulu birbaşa vətəndaşdan alması qanunsuzdur. Bu cür faktlarla üzləşən sərnişilər bir başa quruma müraciət etsin. fakt təsdiqini taparsa daşıyıcı şirkət xəttən uzaqlaşdırılacaq.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur