Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Apple” şirkəti smartfonların satışına görə birinci olub

“Apple” şirkəti smartfonların satışına görə birinci olub

yüklənir...

"Strategy Analytics" tədqiqat agentliyi 2019-cu ilin dördüncü rübü üçün statistika dərc edərək ötən ilin sonunda dünyada ən çox "Apple" smartfonlarının satılmasını açıqlayıb. Statistikaya görə, hesabat dövründə "Apple" şirkəti 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çox qurğu buraxaraq Cənubi Koreyanın "Samsung" istehsalçısını geridə qoyub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ötən rüb "Apple" tarixində ən uğurlu rüb olub: üç ay ərzində istehsalçının mədaxili 92 milyard dollar, xalis gəliri isə 22 milyard dollar təşkil edib. Mənfəətin yarısını həm bahalı "Pro", həm də ucuz "iPhone 11" kimi son "iPhone" modelləri təmin edib.

Nəticədə "Apple" şirkətinin bazar payı 18,9 faiz təşkil edib. Çiplərə görə dördüncü rübdə mədaxili azalan "Samsung" şirkəti 18,4 faizə sahib çıxıb. Üçüncü yerdə 15 faiz göstərici ilə "Huawei" istehsalçısı qərarlaşıb. "IHS" şirkətinin analitiki Cusi Honqun sözlərinə görə, Çin şirkəti ilin əvvəlində ikirəqəmli artım nümayiş etdirsə də, ilin sonunda ABŞ sanksiyaları öz təsirini göstərməyə başlayıb. Nəticədə illik qiymətləndirmədə tədarük həcmində 7,4 faiz azalma qeydə alınıb.

2019-cu il ərzində smartfon bazarının həcmində 2,2 faiz azalma müşahidə edilib. Ən böyük azalma (-23,3 faiz) "LG" şirkətində olub, "Xiaomi" isə satışları 4,5 faiz artırıb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur