Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Telefonları tez sıradan çıxaran 8 səbəb

Telefonları tez sıradan çıxaran 8 səbəb

yüklənir...
Smartfonların tez sıradan çıxmasına səbəb olan 8 geniş yayılmış istifadəçi səhvi açıqlanıb.

Cihazın heç vaxt söndürülməməsi onun vəziyyəti üçün çox təhlükəlidir.
Gecə-gündüz rejimində işləmək akkumulyatorun işinə mənfi təsir göstərir, buna görə həftədə ən azı bir dəfə telefonu söndürmək lazımdır.
 
"Bluetooth" və "Wi-Fi" modulunu həmişə işlək vəziyyətdə saxlamaq, həmçinin, batareya üçün zərərlidir.
 
Telefonun enerjisi tam bitdikdən sonra onu 100%-dək enerji ilə doldurmaq zərərlidir.
 
"Belə olan akkumulyator tez bir şəkildə sıradan çıxacaq. Bu səbəbdən telefonu gecə vaxtı enerji ilə doldurmaq məsləhət görülmür və onu 95-97%-dək enerji ilə doldurmaq yaxşıdır" – materialda deyilir.
 
Həmçinin telefonun yaxşı vəziyyətdə saxlanılması üçün şaxtalı havada və ya istidə ondan istifadə etmək tövsiyə edilmir. Telefon su keçirməyən deyilsə, yağışlı havada onu cibə yerləşdirmək lazımdır.
 
Telefonun uzun müddət işləməsi üçün onu müntəzəm olaraq toz və çirkdən təmizləmək lazımdır, həmçinin kənar enerjidoldurma qurğusundan istifadə etmək lazım deyil.
 
Bundan başqa, bütün mobil tətbiq və "push" bildirişlər üçün geoməkan funksiyasının deaktiv edilməsi haqqında məsləhət verilir, çünki əks halda daimi məlumat mübadiləsi tələb olunur.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur