Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...

"Facebook"u 5 milyard dollara qədər cərimə gözləyir

yüklənir...
ABŞ Federal Ticarət Komissiyası "Facebook" şirkətini 5 milyard dollara qədər cərimələyə bilər.

Bu barədə NY Times məlumat yayıb. Şirkət istifadəçilərin məlumatlarının təhlükəsizliyini təmin etməməkdə ittiham edilir.
 
"Facebook" 2011-ci ildə aparılan təhqiqatdan sonra istifadəçilərin məlumatlarının təhlükəsizliyini təmin etməyə söz vermişdi. 2018-ci ildə ABŞ nəhənginin istifadəçi məlumatlarını "Cambridge Analytica" şirkəti ilə paylaşdığı və verilən informasiyaların 2016-cı ildə baş tutan ABŞ prezident seçkiləri, həmçinin "Brexit" referendumuna təsir etmək üçün istifadə edildiyi aşkarlandı.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur