Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Yeni iPhone modelləri gəlir: Təqdimat tarixini açıqlandı

Yeni iPhone modelləri gəlir: Təqdimat tarixini açıqlandı

yüklənir...
"Apple" şirkəti rəsmi olaraq yeni iPhone modellərinin təqdimat tarixini açıqladı. 

Beləliklə yeni iPhone modellərinin təqdimatı 12 Sentyabr tarixində Apple Park kampusunun Steve Jobs adına teatrında baş tutacaq. 

Adətən şirkət öz Sentyabr təqdimatını Çərşənbə axşamı keçirdir. Lakin bu il Çərşənbə axşamı məhz 11 Sentyabr tarixi ilə üst-üstə düşür. Belə ki, 2001-ci ildə baş vermiş 11 Sentyabr terror hadisəsi səbəbilə şirkət təqdimatı bir gün sonraya təxirə salmalı olub. 

Şirkətin saytında təqdimata rəsmi dəvətnamə də yerləşdirilib. Dəvətnamədə isə qızılı rəngdə üzük şəkli əks olunub. Bəlkə də bu, yeni iPhone modellərinin qızılı rəngdə olacaqlarına bir işarədir. Artıq çoxdan bəri məlumatlar gəzir ki, şirkət bu il 3 ədəd yeni iPhone modelini təqdim edəcək. Bu məlumatı həmçinin bir çox nüfuzlu analitiklər də təsdiqləyiblər.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur