Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Facebook” “Skype”ın analoqunu yaratdı

“Facebook” “Skype”ın analoqunu yaratdı

yüklənir...

"Facebook” şirkəti video zənglər üçün "Bonfire” əlavəsinin sınaqlarına başlayıb. 

Dogruxeber.com-un  "The Next Web” nəşrinə istinadən verdiyi məlumata görə, yeni xidmətin istifadəçiləri qrup video çatlarında ünsiyyət qura biləcək, ora "Snapchat” stilində öz üzlərinin maskalarını qoya biləcəklər.

 

Həmçinin onlar "Instagram”, "Facebook” və "Messenger” ilə yayımların skrinşotlarını mübadilə eDə biləcəklər.  
 
Hazırda əlavəni ancaq Danimarka sakinləri istifadə edə bilir. Bu, yalnız iOS platformasında olan istifadəçilərə aiddir. 
 
"Facebook” nümayəndələri bildiriblər ki, hələlik "Bonfire” kiçik bir auditoriya üçün sınaq mərhələsindədir. Bununla belə, şirkətdə yeni xidmət haqqında hər hansı təfərrüatı açıqlamaqdan imtina ediblər. 
 
"The Next Web” nəşrinin jurnalistləri müəyyən ediblər ki, əlavə "Facebook Messenger” istifadəçiləri ilə əlaqə saxlamağa imkan verəcək. Dəvət olunan müsahiblər videoçata "Bonfire” yükləmədən də qoşula biləcəklər. 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur