Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Daha 3 nəfərdə koronavirus tapıldı

Daha 3 nəfərdə koronavirus tapıldı

yüklənir...
Azərbaycanda 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan  daxil olan məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu günə qədər ölkədə 4200-ə qədər müayinə aparıldığını, 25 nəfərdə koronavirus aşkarlandığını bildirmişdi. Onun sözlərinə görə, həmin şəxslərdən 7 nəfərdə inkubasiya dövrü bitib və onlar sağalaraq evə buraxılıblar.

Beləliklə, bu gün açıqlanan son rəqəmlərlə Azərbaycanda koronavirusa yoluxanların sayı 21-ə çatıb. 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur