Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Əlilliyə görə aylıq müavinətin təyinatı da elektronlaşdırıldı

Əlilliyə görə aylıq müavinətin təyinatı da elektronlaşdırıldı

yüklənir...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir e-təyinat sistemi - əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi də hazırlanaraq işə salınıb.

Daxil olan məlumata görə, nazirliyin tabeliyindəki DOST Agentliyində yeni e-sistemin tətbiqi ilə bağlı keçirilən mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması proqramından bəhs edib. O vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Artıq 15 min şəxsə pensiya hüquqları yarandığı gün onların heç bir quruma müraciət etməsinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan e-qaydada pensiya təyinatı aparılıb.

H.Məmişov bildirib ki, bu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, bu gün isə əlilliyə görə aylıq müavinətin  elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. Digərləri də ilin sonuna qədər avtomatlaşdırılacaq.

Fond direktoru dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı  ilə  aprelin 1-dən əlilliyə görə müavinətin məbləğinin orta hesabla 100 faiz artırıldığını da bildirib.

Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov əlilliyin qiymətləndirilməsinin elektron sistem üzərindən aparıldığını, əlilliyə görə müavinət təyinatının da artıq e-qaydada aparılmasına başlandığını deyib. Bu yeni e-sistemin il ərzində təqribən 16 min vətəndaşı əhatə edəcəyini bildirib.

Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni e- təyinat mexanizminin təqdimatını edib.  
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur