Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
“Evlərarası həyətlər zəbt olunur, bloklar ürəkaçan deyil”

“Evlərarası həyətlər zəbt olunur, bloklar ürəkaçan deyil”

yüklənir...

"Bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. 

Bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşdə deyib. 

O qeyd edib ki, bu sahəyə kompleks şəkildə yanaşılmalıdır: "Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun.

 

Lift təsərrüfatı da həmçinin. Bir neçə il bundan əvvəl yenə də mənim Sərəncamımla bir çox binaların lift təsərrüfatı yeniləndi. Ancaq təəssüflər olsun ki, istismar dövründə liftlər sıradan çıxır. Ona görə lift təsərrüfatı tam yenilənməlidir və onların istismarı ilə bağlı təkliflər verilməlidir. Ümumiyyətlə, biz indi nümunəvi həyətlər yaradırıq. Ancaq əgər bu həyətlər normal vəziyyətdə saxlanmazsa, əgər daim diqqət olmazsa, orada qurulan bütün işlər bir il, iki il, beş ildən sonra sıradan çıxacaq. Ona görə siz fikirləşin, təkliflər verin, necə edək ki, yaradılmış yeni infrastruktur, o cümlədən abadlıqla bağlı işlər daim nəzarətdə olsun və təmirə ehtiyacı olan obyektlər vaxtaşırı təmir edilsin”.

Dövlət başçısı E. Əzizovdan liftlərin quraşdırılması ilə bağlı statistikanı soruşub. Mer bildirib ki, artıq şəhərə 430 lift gətirilib. Bütövlükdə isə ilin axırınadək 581 lift quraşdırılacaq: "Amma yaxın illər üçün proqnozlarımız belədir ki, 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir”.

Daha sonra İlham Əliyev dam örtükləri ilə bağlı vəziyyət barədə maraqlanıb: "Qış yaxınlaşır. Bu məqsədlər üçün də ilkin olaraq Prezidentin ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Əlbəttə ki, bütün dam örtüklərini bu vəsaitlə təmir etmək mümkün deyil. Ancaq mən sizə göstəriş vermişdim ki, bu işləri planlı şəkildə görməliyik, illərə bölməliyik və maksimum qısa müddət ərzində Bakı şəhərinin bütün binalarının dam örtükləri tamamilə standartlara cavab versin. Hansı işlər görülüb və nə planlaşdırılır?”

Eldar Əzizov qeyd edib ki, şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulub.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur