Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
Xidmətdən narazı qalan vətəndaşa kommunal ödəniş etməmək hüququ verilsin? - RƏY

Xidmətdən narazı qalan vətəndaşa kommunal ödəniş etməmək hüququ verilsin? - RƏY

yüklənir...

"Belə vəziyyətdə, prosesdən sui-istifadə halları artacaq. Ona görə də Rusiyada təklif olunan sözügedən məsələ Azərbaycan reallığına adekvat deyil”


Açıqlamasında bu sözləri göstərilən xidmətlər normalara cavab vermədiyi təqdirdə, əhaliyə kommunal ödənişləri ödəməmək hüququnun verilməsilə bağlı Rusiyalı deputatların səsləndirdiyi təklifin Azərbaycanda da öz əksini tapmasına münasibət bildirərkən "Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyib. Həmsöhbətimizin fikrincə, məsələyə bu cür yanaşma doğru deyil:


"Fikrimcə, göstərilən keyfiyyət göstəriciləri normativlərə cavab vermədiyi təqdirdə əhaliyə kommunal xidmətə görə ödəniş həyata keçirməmək hüququnun verilməsi doğru yanaşma deyil. Bu problemdən çıxış yolu deyil. Sadəcə olaraq kommunal xidmətlərin ucuzlaşması və keyfiyyətinin yüksəldilməsinin tərəfdarıyam. Lakin əhaliyə göstərilən xidmət normalara cavab vermədiyi halda istifadə etdiyi kommunal xidmətə görə haqq ödəməmək hüququnun verilməsi istər-istəməz boşluq, subyektivlik yaradacaq və nəticədə prosesdə ciddi problemlər ortaya çıxacaq. Belə vəziyyətdə, prosesdən sui-istifadə halları artacaq”.


Q. İbrahimlinin fikrincə, bu məsələdə problemdən çıxış yolu qiymətlərin ucuzlaşması və keyfiyyətin yüksəlməsindən keçir: "Ona görə də sözügedən sahədə problemlərin həlli kommunal xidmətlərin qiymətinin ucuzlaşması və keyfiyyətinin yüksəlməsindən keçir. Ölkəmizdə məsələnin məhz bu konteksdə həllinin tərəfdarıyam”.

 


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur