Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Azərbaycanda dörd günlük iş həftəsi tətbiq edilə bilər?

Azərbaycanda dörd günlük iş həftəsi tətbiq edilə bilər?

yüklənir...

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda dörd günlük iş həftəsinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirib.

Nazir bildirib ki, qısaldılmış iş günləri kompleks məsələdir:

"Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər. Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. Dörd günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür.

Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əməkhaqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər”.

S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda dörd günlük iş həftəsinin tətbiqi gündəmdə deyil:

"Gələcəkdə istənilən məsələ kimi, bu da müzakirə oluna bilər”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur