Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
200 manatdan aşağı pensiya alanlara - Şad xəbər

200 manatdan aşağı pensiya alanlara - Şad xəbər

yüklənir...

"Prezident İlham Əliyev tərəfindən "Əmək pensiyaları haqqında” qanunvericiliyə müvafiq dəyişikliklər edilərək imzalanıb. Həmin dəyişikliyə görə, pensiyaların məbləği 1 oktyabr 2019- cu il tarixindən 160 manatdan 200 manata çatdırılacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O qeyd edib ki, bu da təxminən 25 faizlik artımdır:

"Bu islahatın əhatə dairəsi də hesablamalara görə, 700 minə yaxın pensiyaçını əhatə edəcək. Bu islahatın da maliyyə dəyəri 200 milyon manata yaxındır. Əlavə 70 milyon manat da bu islahata cəlb ediləcək. Belə ki, 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaşımız olmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik edilməyəcək. Pensiyaların adekvatlığının təmin olunması sırf indeksasiya üzərindən aparılır. Hər il ölkə üzrə əməkhaqlarının artım tempinə uyğun olaraq indeksasiyalar aparılacaq”.

 

Nazir müavini xatırladıb ki, ölkə başçısı ötən gün 16 sərəncam imzalayıb: "Həmin sərəncamlarla həm hərbi qulluqçular, hüquq-mühafizə orqanları, dövlət qulluğunun ümumi növü üzrə, xüsusi rütbəli şəxslər üzrə, müəllimlər, bir sıra təşkilatlarda çalışan  orqan və qurumlar üzrə əməkhaqları artırılıb: "Bilirsiniz ki, hərbi qulluqçular, dövlət qulluqçuları, xüsusi rütbəli şəxslərin pensiyalarının məbləği bilavasitə əməkhaqlarının artırılmasına bağlıdır.  Bu şəxslərin aldığı pensiyaların məbləğində də artım müşahidə olunacaq. Burada da 30-40 faizə yaxın artımın şahidi olacağıq”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur