Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Komitə: Boşanmaq üzrə olan 1000-dən çox ər və arvadı barışdırmışıq

Komitə: Boşanmaq üzrə olan 1000-dən çox ər və arvadı barışdırmışıq

yüklənir...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 2006-cı ildən bu günə qədər boşanmaq üzrə olan 1000-dən çox ər və arvad arasında barışıq təşkil edib.

Bu barədə "Report”a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

O bildirib ki, təkcə ötən il boşanma təhlükəsi ilə üzləşən 100-dən çox ər və arvad Dövlət Komitəsinə müraciət edib və onlar arasında barışıq əldə olunub: "Bizim tərəfimizdən minlərlə boşanma halının qarşısı alınıb. Hətta məhkəmə prosesi olan ailələr də olub ki, onları barışdırmışıq. Bizim barışdırdığımız ər və arvadlar bu gün xoşbəxt ailə simvoluna çevriliblər. Ümumiyyətlə, boşanma halı üzləşdiyi üçün bizə müraciət edən minlərlə ailəyə psixoloji yardım göstərilib və onlara boşanmamaları üçün bəzi tövsiyələr verilib. Çünki münaqişə yaşanan ailədə böyüyən uşağın da gələcəkdə mənəvi, psixoloji sarsıntılara məruz qalma təhlükəsi var. Elə ailələr olub ki, ayrılıb və məhkəmənin qərarı ilə boşanıblar. Amma sonradan bizim müdaxiləmiz nəticəsində həmin ailələr yenidən nikaha daxil olublar. Biz sadəcə olaraq fərdi faktları açıqlamaq istəmirik”.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda ailələr arasında boşanmaların əsas səbəbi adətən bir-birini başa düşməməkdən ibarətdir: "Ailələrdə boşanmaların digər səbəbi qadınlara qarşı zorakılıq hallarının göstərilməsidir. Bizə müraciət edən bəzi ailələr sosial problemlər səbəbindən boşandıqlarını bildirirlər. Amma nəzərə almaq lazımdır ki, 1980-90-cı illərdə insanlar ağır sosial durumda yaşayırdılar. Amma heç boşanma halları bu qədər də baş vermirdi”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur