Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə şamil edilsin - TƏKLİF

Güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə şamil edilsin - TƏKLİF

yüklənir...
Korrupsiyaya qarşı aparılan mübarizəni gücləndirməklə, yüz milyonlarla pul əldə olunur ki, bunu da sosial sahələrin inkişafına yönəltmək olar.

Bu barədə deputat Əli Məsimli parlamentin plenar iclasında büdcə müzakirələrində deyib. 

O, çıxışında daha çox təmir-tikinti sahəsinə diqqət yetirib:

"Harada təmir-tikinti həyata keçirilirsə və vəsait öz təyinatı üzrə istifadə edilmirsə, bunun iqtisadiyyata heç bir töhfəsi olmur. Bu pullar bir çox hallarda havaya sovrulub gedir. Ona görə də bu məsələyə nəzarəti gücləndirmək lazımdır və məsələni özbaşına buraxmaq olmaz”.

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə deyib ki, Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır.
 
O, 2019-cu ilin büdcə zərfində üç yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını təklif edib.Komitə sədri qeyd edib ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir.A. Naxçıvanlı turizm sahəsinə də diqqət yetirib. O bildirib ki, Azərbaycanda turizm inkişaf edir:

"Oğuz turistləri özünə cəlb edən rayonlardan biridir. Bu baxımdan, rayona gələn turistlərin sayı artmaqdadır. Amma turistləri özünə cəlb edən tarixi abidələrin bərpasına ehtiyac var. Hazırda 32 belə abidə baxımsız vəziyyətdədir. Bundan başqa, Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın”.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur