Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
İşsizlər üçün şad xəbər

İşsizlər üçün şad xəbər

yüklənir...
"Əgər ötən illərdə Azərbayaycanda işsizliyin azaldılması əsas hədəf kimi götürülmüşdüsə, bundan sonra əsas hədəf keyfiyyətli kadrların hazırlanmasından ibarət olacaq".

Bunu ''Xəzər Xəbər''ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və Demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva bildirib.

Onun sözlərinə görə, ''2019-2030-cu illər üçün Məşğulluq Strategiyası"na əsasən həm təşkil edilən kursların, həm də Təhsil Nazirliyinin balansında olan peşə təhsili müəssisələrinin daha səmərəli fəaliyyətinə çalışılacaq. Bununla yanaşı keyfiyyətli kadrların hazırlanmasına nail olunacaq.

Rəna Abdullayevanın sözlərinə görə, hazırda iqtisadiyyat sürətlə inkişaf etdiyindən yeni peşələr yaranır. Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyi də bu proqnozları əvvəlcədən verəcək və gələcəkdə ehtiyac olacaq kadrların hazırlanmasına daha tez başlanılacaq.

Bundan başqa, həm işçilərin elektron bazası, həm də vahid vakansiya bazası da yaradılacaq ki, burada məhz rəqabət mühitində sahibkarlar özlərinə işçi tapa biləcək. Beləliklə, işçilər özlərini inkişaf etdirməli olacaqlar.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur