Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Hazırda 3888 nəfər itkin düşmüş şəxs var

Hazırda 3888 nəfər itkin düşmüş şəxs var

yüklənir...

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilir.

İclasda Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək bildirib ki, əsir-girov və itkinlərlə bağlı problemin aradan qaldırılması məqsədilə 1993-cü ildə yaradılmış Komissiya Azərbaycanın qoşulduğu beynəlxalq humanitar hüquq normaları, BQXK və digər aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində işləyir: "1993-cü ildə başlıca vəzifə kimi, dövlət və qeyri-hökumət təşkilatlarında olan məlumatların toplanıb və 4 min nəfərlə bağlı ilkin siyahı tərtib edilib, müvafiq saxlanma yeri ayrılıb. Əsir-girovların azad edilməsi və itkinlərin axtarışı prosesi mərkəzləşmiş şəkildə həyata keçirilib, BQXK və digər aidiyyəti beynəlxalq təşkilatlarla birgə görülən işlər nəticəsində 1480 nəfər əsir-girovluqdan azad edilib, onlarla bağlı zəruri reabilitasiya işləri aparılıb.

İlkin vəzifə olaraq itkin düşmüş şəxslərə aid siyahı dəqiqləşdirilib və hazırda Dövlət Komissiyasında 3888 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlara aid fotoşəkillər toplanıb və yenilənmiş bazalara əlavə edilib, fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanması üzün zəruri tədbirlər görülüb, axtarış-araşdırma, ekshumasiya və identifikasıya sahəsində beynəlxalq təcrübə öyrənilib. Həmçinin BQXK ilə imzalanmış çərçivə sazişinə uyğun olaraq itkin düşmüş şəxslərin yaxın qohumlarından toplanmış bioloji nümunələrin DNT formulalarının çıxarılması üçün Daxili İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılıb, intensiv hərbi əməliyyatlar dövründə həlak olaraq ölkə ərazisində tanınmadan dəfn edilmiş 195 naməlum məzarın yeri müəyyənləşdirilərək GPS koordinatları çıxarılıb, dövlətimizin başçısının tapşırığı ilə əsir-girovluqdan azad edilmiş şəxslərin ifadələri əsasında Azərbaycan və ingilis dillərində kitab nəşr edilib və digər tapşırıqlar icra olunub".

Daha sonra Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş vətəndaşlara həsr edilən "Respublika xatirə kitabı”nın xüsusi buraxılışının birinci cildinin təqdimatı olub. "Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edib.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur