Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Azərbaycanda ictimai nəqliyyatda niyə güzəştli kartlar yoxdur?

Azərbaycanda ictimai nəqliyyatda niyə güzəştli kartlar yoxdur?

yüklənir...

Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatdan istifadə edən bir qrup sərnişinlərə güzəştlər tətbiq edilir.Güzəştlər kateqoriyasında  təmsil olunanlara tələbələr, müəllimlər, bir qrup dövlət işçiləri, pensionerlər, veteranlar, hətta jurnalistlər də daxildir. 

Məsələn, qonşu Türkiyədə nəqliyyatda tələbələrə və şagirdlərə 60 faiz, 60-65 yaş arası insanlara 50 faiz, 65 yaşdan  yuxarı təbəqə, eyni zamanda polis, əsgər və.s üçün pulsuz güzəştlər tətbiq edilir. 

Bundan əlavə, ictimai nəqliyyatdan daha çox istifadə edənlər üçün gündəlik, həftəlik və aylıq kartlar var. Bu kartlar vasitəsilə ay ərzində istədiyin qədər ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir

 

Bəs, Azərbaycanda sözügedən kateqoriyalarda təmsil olunan şəxslərə güzəştlər  barədə planlar varmı?

 Bildiyiniz kimi, hazırda ölkədə bunu labüd edən  əsas amillərdən biri də sərnişindaşımanın tariflərində avqust ayının birindən etibarən edilən dəyişiklikdir. Belə ki, avtobuslarda şəhərdaxili  gediş haqqı 30 qəpik, paytaxtın bir sıra uzaq qəsəbə və kəndlərinə gedən avtobuslarda  isə 40 qəpikdir.  Bu arada bildirək ki, sərnişinlərin bir çoxu mənzil başına çatmaq üçün bir neçə marşrut da dəyişməli olur. 

 "Qafqazinfo” sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevə müraciət edib. Məlum olub ki, hələ ki bu kimi məsələlər agentlikdə müzakirə olunmur: 

"Hazırda əsas məqsəd nağdsız ödəniş sistemi ilə çalışan avtobusların əhatə dairəsini genişləndirməkdir. Bunun üçün zəruri işlər görülür. Avtobus parkının yenilənməsi nəzərdə tutulub. Avtobus parkı yeniləndikcə kart sisteminə keçid də təmin ediləcək. Hazırda yeni avtobusların gətirilməsi üçün tender gedir. Yeni avtobuslardan sonra bütün xətlər sıradan çıxarılacaq”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur