Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Yasamalın “ölüm dayanacağı” - Video

Yasamalın “ölüm dayanacağı” - Video

yüklənir...

Xəbər verdiyimiz kimi, Bakı Dairəvi Yolunun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində sərnişinlər ensiz betonun üzərində dayanıb 193 və 211 nömrəli avtobusa minmək üçün həyatlarını riskə atırlar.

Vəziyyətlə maraqlanmaq üçün sözügedən ünvana baş çəkib. Məlum olub ki, hər gün eyni qaydada sürücülərin buradan sərnişin mindirib-düşürməsinə baxmayaraq, həmin yolda nə dayanacaq, nə də səki var. 

Sərnişinlər deyir ki, bu, onların həyatları üçün çox təhlükəli olsa da məcburdurlar:

"Problemin əslində təmirlə heç bir əlaqəsi yoxdur. Elə təmirdən əvvəl də vəziyyət belə olub. Bu yoldan istifadə edən bütün insanların həyatı risk altındadır”. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirib: "Göründüyü kimi həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Biz 211 və 193 nömrəli marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara dəfələrlə xəbərdarlıq eləmişik ki, avtobusları həmin ərazidə saxlamasınlar. Lakin bir məsələ var ki, o ərazidə yaşayan sakinlər hər dəfə sürücünü orada saxlamağa məcbur edirlər. Sürücü saxlamayanda isə narazılıq yaranır. Yəni orda avtobusun dayanmasını tələb edən də sərnişinlərdir. Avtobusun orada dayanmasına etiraz edən yenə sərnişinlərdir”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur