Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Əmlak məsələlərində aldadılmısınızsa, nə etməlisiniz? (ŞƏRH)

Əmlak məsələlərində aldadılmısınızsa, nə etməlisiniz? (ŞƏRH)

yüklənir...

İstehlakçı alınan məhsulu bəyənmədiyi halda, onu hansısa bir müddətdə qaytarıb, verdiyi pulu geri ala bilir. Bu, hər hansısa bir geyim, əşya və ya qida məhsulu ola bilər. Bəs əmlak alqı-satqısı zamanı istehlakçı hüquqları necə qorunur? Təəssüf ki, belə prosedurlarda vətəndaşların aldadılması hallarına daha çox rast gəlinir. Əgər vətəndaş aldadıldığını düşünürsə, hansı müddətdə alqı-satqı əqdini ləğv etdirə bilər?

Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı belə hallarda vətəndaşın 6 ay müddətində bağlanılan əqdi ləğv etdirə biləcəyini söyləyib:


"Alqı-satqı müqavilələrinin mübahisələndirilməsi, alqı-satqı müqavilələrinə xitam verilməsi mülki qanunvericiliklə tənzimlənir. Vətəndaş təqribən 6 ay ərzində satdığı evi geri almağı və ya aldığı evi geri qaytarmağı düşünürsə, bunu mübahisələndirə bilər. Eyni zamanda notariat kontorunda alqı-satqı ilə bağlı əqd bağlanıb, müqavilə rəsmiləşib, lakin ödəniş bank yolu ilə deyil, nəğd şəkildə həyata keçirilibsə və ya ümumiyyətlə ödənişlə bağlı şübhələr varsa, həmçinin əqdin etibarsız hesab edilməsinə dair hər hansısa bir səbəb, ya da tərəflərdən birinin razılığı yoxdursa, yəni birgə nikah dövründə alınan əmlakın satılmasına tərəflərdən biri razılıq verməyibsə, bağlanılan alqı-satqı müqaviləsi pozula bilər. Bundan başqa 6 ay ərzində alınan əmlakla bağlı heç bir şübhə və ya əsaslı səbəb olmasa belə alıcı məhkəməyə müraciət edərək müqavilənin mübahisələndirilməsi barədə iddia qaldıra bilər. Məsələ məhkəmə qaydasında həll olunursa, müqavilə ləğv edilir və alıcı verdiyi pulun tamamını geri ala bilir. Lakin Azərbaycan reallığında bunun başqa bir tərəfi də var ki, alıcı müqaviləni ləğv etdirərkən ödədiyi məbləğin hamısını geri qaytara bilmir, çünki satan şəxs aldığı vəsaitin müəyyən bir qismini və ya tamamını xərcləmiş olur və s. Satıcının aldığı vəsaiti qaytarmaq imkanı yoxdursa, məhkəmə mübahisəsi əsassızdır və həmin iddia təmin olunmayacaq. Əgər alıcı əmlak alqı satqısında aldadıldığını düşünürsə və ya əmlakın vəziyyəti ilə bağlı müqavilədə göstərilənlər həqiqəti əks etdirmirsə, bu, artıq əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Alıcı belə bir iddia irəli sürə bilər ki, satan şəxs onun etibarından istifadə edərək yanlış məlumat verib və ya onu aldadıb. Həmin əsaslardan istifadə edərək bağlanan müqavilə ləğv edilə bilər”.

Ekspert əmlak alqı-satqısında neqativ hallarla qarşılaşmaması üçün vətəndaşlara mütəxəssislərlə məsləhətləşməyi və hüquq yardım almağı tövsiyyə edib:

"Təəssüflər olsun ki, bəzi hallarda insanların öz hüquqlarını bilməmələri, belə məsələlərə etinasız yanaşmaları bir çox problemlərə gətirib çıxarır. Mənzil alqı-satqısı zamanı alıcı və ya satıcı əlavə olaraq 1000-2000 manat xərcləyir, lakin hüquqşünasa 200-300 manat verib bir müqavilə hazırlatmır və ya alqı-satqı əməliyyatında onun iştirakını təmin etmir. Yaxşı olardı ki, bu məsələlərdə mütəxəssislərə müraciət etsinlər ki, gələcəkdə bu cür problemlər ortaya çıxanda, həmçinin məsələnin mübahisələndirilməsi və ya alqı-satqı əməliyyatlarına xitam verilməsi zamanı problem yaşanmasın. Eyni zamanda sənədlərdə hər hansısa bir çatışmazlıq olanda bunu müəyyənləşdirmək mümkün olsun”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur