Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Sürücü yol polisini məhkəməyə verir - Qanunsuz evakuasiya iddiası

Sürücü yol polisini məhkəməyə verir - Qanunsuz evakuasiya iddiası

yüklənir...

Bakı şəhər sakini Faiq Rüstəmli avtomobilinin qanunsuz evakuasiya olunduğunu iddia edir. 

Bu səbəbdən "Qafqazinfo”ya müraciət edən sürücü hadisənin iyulun 7-də  axşam saatlarında Yusif Vəzir Çəmənzəminli küçəsində baş verdiyini deyib:

"Avtomobilim qanunsuz olaraq evakuasiya edilib.  Bununla bağlı Bakı Şəhər Yol Polisi idarəsinə yazılı müraciət etdim. Müraciətim əsasında idarəyə dəvət olundum.  Avtomobilimin dayanma-durma işarəsinin təsir dairəsində olmağı barədə heç bir sübut təqdim edə bilmədilər. 17 iyul tarixdə rəsmi qaydada cavab aldım ki,  müraciətim araşdırılıb və evakuasiya qanuna uyğun olaraq aparılıb. 21 iyul  tarixində isə qərar qəbul olunub. Qərarın surəti bu günə qədər mənə təqdim edilməyib, 3 dəfə  BŞDYP idarəsində olmuşam, 4 dəfə 102 xidmətinə zəng vurmuşam. Xeyri yoxdur.  Hesab edirəm ki, qərarı qərəzli olaraq mənə göndərmirlər ki,  məhkəməyə müraciət edə bilməyim və  2 ay cərimə ödənilmədiyinə görə avtomobilimə həbs qoyulsun”. 

Məsələylə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, vətəndaşa cavab verilib və həmin cavab əsasında məhkəməyə müraciət edə bilər: "Hesab edirsə ki, ona qarşı yol polisi tərəfindən qanunsuz hərəkət edilib, buyursun, məhkəməyə müraciət eləsin. Biz ona mane ola bilmərik. Sizə müraciət etdiyi formada bizə də yaxınlaşsın, görək nə istəyir. Deyir, dəfələrlə burda olub, qərar ala bilməyib. Nəyin qərarını ala bilməyib? Bəs o əlindəki məktub nə deməkdir? Deməli, ona bütün informasiya verilib”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur