Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Avtovağzalda özbaşınalıq: kassirlərlə sürücülər əlbir olub... (FOTO)

Avtovağzalda özbaşınalıq: kassirlərlə sürücülər əlbir olub... (FOTO)

yüklənir...

Bakı Beynəlxalq Avtovağzalı ilə bağlı narazılıqları, şikayətləri tez-tez eşidirik. Mətbuatda mütəmadi olaraq yazılar dərc edilsə də, vəziyyət düzəlmir.

Bu günlərdə avtovağzaldakı "bilet fırıldaqları" ilə bağlı redaksiyamıza növbəti şikayət daxil oldu. Şikayəti yerində araşdırmaq üçün üz tutduq Bakı Beynəlxalq Avtovağzalına...

Əvvəlcə kassaya yaxınlaşıb biletlərin qiyməti ilə maraqlandıq. Şəki-Zaqatala istiqamətinə gedən avtobuslara bilet istəsək də, kassadan "yox" cavabı aldıq. Kassir biletlərin qurtardığını bildirsə də, təkidimizdən sonra "qıraq-bucaqdan" yer tapa bildi. Qiymətlər isə müvafiq olaraq 5,63 və 6,69 AZN göstərilirdi. 

Daha sonra üz tutduq avtobuslara. Burda isə eşitdiklərimiz isə kassirləri təkzib edirdi. Belə ki, sürücülər avtobuslarda əksər yerlərin boş olduğunu, gediş haqqının isə 10 AZN təşkil etdiyini bildirdilər. Onlara qanunların tələblərini xatırlatdıq, biletləri bu qiymətə satılmamalı olduğunu bildirdik. Aldığımız cavab isə "Bizdə belədir. Gedirsən get, getmirsən getmə" oldu.

Kassalarda şəkil çəkməyə icazə verməsələr də, buna nail olduq. Diqqətlə baxın ki, bilet alarkən aldanmayın.



Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalının münasibətini öyrənməyə çalışdıq. Amma mətbuat xidmətindən telefon zənglərimizə cavab verən olmadı.

Nərmin Həsənli

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur