Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
“Azərsun”dan 8 faiz Yeni il müjdəsi: “Cənab prezident, çay, qənd, yağ bahalaşıb” - ÖZƏL

“Azərsun”dan 8 faiz Yeni il müjdəsi: “Cənab prezident, çay, qənd, yağ bahalaşıb” - ÖZƏL

"Azərsun holdinq” ərzaq məhsullarının qiymətini yenidən qaldırıb. Yanvarın 5-dən etibarən bu holdinqin məhsullarında 8 faiz bahalaşma qeydə alınıb

Bu barədə bizə məlumat verilib. 

Məlumatda deyilir ki, çay, qənd, yağ, şəkər tozu və digər günədlik tələbat mallarının qiyməti qalxıb. 

Yanvar başlar-başlamaz xalqa növbəti zərbəni vuran holdinq bahalaşmanı idxal mallarının qiymətinin qalxmasına bağlayır. "Azərsun holdinq” bahalaşmaya getdiyini gizlədir və mətbuatda ört-basdır etməyə çalışır. 

Amma faktiki olaraq ərzaq məhsullarında 8 faiz yenə də artım müşahidə olunur. Əhalinin gündəlik tələbatı olan məhsulların get-gedə qiymətinin qalxması vətəndaşların istehlak səbətinə ciddi şəkildə təsir edir. 

Redaksiyamıza yazan vətəndaşlar bildirirlər ki, prezident İlham Əliyev süni qiymət artımının yolverilməz olduğunu vurğulayıb. Amma ölkənin aparıcı istehsalat müəssisəsi olan "Azərsun” yeni il girər-girməz bahalaşmaya gedib. 

Son günlərdə satış mərkəzlərində və iri marketlərdə ərzaq məhsullarının qiyməti bahalaşıb. 

Satışla məşğul olan şəxslər bunu Azəzbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər. Müşahidələr isə göstərir ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda deyil, yerli istehsal olan məhsullarda da baş verib. 

Bu siyahıda "Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da var. Qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Bəzi topdansatış mərkəzləri son günlər marketlərə mal vermirlər. 

Topdansatıçılar mağazalara ancaq əvvəl satdıqları malların pulunu almaq üçün gəlirlər. Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər. 

Topdansatış şirkətlərində isə bildirirlər ki, belə hallar varsa, bu marketlərin indiyədək aldıqları malı satıb pulunu verməməsi ilə bağlıdır. "Azərsun Holdinq” yenə hamıdan qabağa düşdü. 

Ölkənin əsas qida istehsalçısı olan şirkət gömrük rüsumları qalxar-qalxmaz məhsullarını bahalaşdırmağa başladı. Artıq böhranın üçüncü dalğası yaşanır və şirkət tələm-tələsik zərər etməsin deyə əhalinin cibinə girir. 

Şirkət satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim etməkdədir. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb. Əsasən, un, kərə yağı, düyü, şəkər və süd məhsullarının qiymətində bahalaşma qeydə alınıb.

Politika.Az

 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur