Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
“Azərtikinti” camaatın torpağını əlindən alır: eks-başçı və intihar edən bələdiyyə sədrinin müdhiş əməlləri - ÖZƏL

“Azərtikinti” camaatın torpağını əlindən alır: eks-başçı və intihar edən bələdiyyə sədrinin müdhiş əməlləri - ÖZƏL

Sovet dönəmində Göyçayın Çayarxı kəndinin ərazisi kimi qəbul edilən torpaqlar peşkəş olunub

2014-cü ildə Çayarxı bələdiyyəsi sədri Şıxməmmədov Mahmud Bayram oğlu tərəfindən ayrı-ayrı vətəndaşlara bələdiyyə torpaqları adı ilə satılıb. 

Lakin həmin ərazi əslində "Azərsənayetikinti” ASC-yə məxsusdur. Mənafeyinə toxunan Azərtikinti ASC sənədlərin etibarsızlığını və ərazinin boşaldılmasını tələb edir. 

Məsələnin əsas mahiyyəti odur ki, külli miqdarda pul verib torpaq alan vətəndaşlara torpaqlardan çıxması müqabilində verdikləri pulun kim, hansı qurum tərəfindən qaytarılacağı haqqında heç bir söz deyilmir. Bu isə vətəndaşları təşvişə salıb. Bələdiyyə sədri Şıxməmmədov Mahmud Bayram oğlu keçən il özünü asaraq intihar edib. 

Bələdiyyə sədrinin intiharı əsassız olmayıb. Mərhum Mahmud istintaqa çağırılıb.

Bundan sonra bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, lakin kredit götürə bilməyib. 

Göyçaydakı mənbənin bildirdiyinə görə, ondan külli miqdarda pulun tələb oldunduğu iddia edilir. Bu məbləğın hətta 30-50 min manat civarında olduğu deyilir. 

Göyçay rayon Prokurorluğunun böyük müstəntiqi Emin Qurbanov bildirmişdi ki, bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb: "Prokurorluqda 178-ci maddə (dələduzluq) ilə ona cinayət işi açılıb. 

İstintaq materialları toplanaraq Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi ilə bağlı Polis Şöbəsi ilə əlaqə saxlamaq lazımdır. Dələduzluqla bağlı işə istintaq şöbəsi baxır. 

Hüquq müdafiəçisi Vidadi İsgəndərli bunları demişdi: "Əldə etdiyim məlumata görə mərhum Mahmud Şıxməmmədovun intihardan əvvəl məktub yazıb. 

O məktubunda icra başçısı Mansur Məmmədovun onu qanunsuz torpaq satmaqda ittiham etməsi, buna görə ondan 30 min manta rüşvət istənilməsini yazıb. Qeyd edib ki, həmin pulu icra başçısına vermədiyinə görə onunla bağlı hüquq mühafizə orqanlarına şikayət olunub”.

Politika.Az
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur