Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
Böhran təhsil sektorunu da çökdürür - Sinif rəhbəri vəzifələri ləğv olunur

Böhran təhsil sektorunu da çökdürür - Sinif rəhbəri vəzifələri ləğv olunur

Yeni 2017-ci ilin başlamasının az bir müddət olmasına baxmayaraq, artıq maliyyə böhranı bütün sahələri vurmaqda və ciddi sirkələməkdədir 

Dogruxeber.com -un  gununsesi.info-ya istinadən məlumatına görə, böhranın vurduğu yeni və növbəti sahələrdən biri ölkənin təhsil sektorudur.

Belə ki, Təhsil Nazirliyinin tapşırığı və göstərişi ilə yeni ildə orta ümumtəhsil məktəblərində ciddi ixtisarların olunması nəzərdə tutulub. Konkret olaraq dərs yükünün (saat) azaldılması, hətta, ibtidai siniflərdə sinif rəhbəri vəzifəsinin ləğvi gözlənilir.

Bu isə onsuz da cüzi əməkhaqqı alan müəllimlərin sosial durumlarının daha da ağırlaşmasına səbəb olacaq.

Məlumatlı mənbə onu da bildirib ki, eyni zamanda, bəzi fənlərin ləğv olunması və yaxud, birləşdirilməsi planlaşdırılır.

Məsələn, parlamentin 2016-cı ildəki son iclasında Milli Məclisin (MM) İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov orta məktəblərdə "Qarabağ Tarix”i dərsliyinin əlavə fənn kimi tədris olunmasının əleyhinə çıxmışdı. Bundan "nəticə çıxaran” aidiyyati qurum isə artıq "Qarabağ Tarix”i dərsliyini "Azərbaycan Tarix”inə birləşdirir.скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur