Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Kamal Abdullayev: Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib

Kamal Abdullayev: Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib

yüklənir...
 
 

«"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı qış məktəbi uğurla yekunlaşdı. İnanıram ki, azərbaycanlı tələbələrimiz də xarici həmyaşıdları ilə mənalı günlər keçiriblər». Bu fikirləri  Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.
K.Abdullayev bildirib ki, bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və bir mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib.
 «Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”. Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi dərin duyğularını bütün dünyaya nümayiş etdirdi»- deyə, K.Abdullayev vurğulayıb.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur