Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Sabir Rüstəmxanlı Tofiq Yaqubludan danışdı -

Sabir Rüstəmxanlı Tofiq Yaqubludan danışdı - "Ədalətsiz hökmdür"

yüklənir...
Siyasi fəal, Qarabağ qazisi Tofiq Yaqublunun həbsi cəmiyyətdə ciddi etirazlara səbəb olub. Ölkənin bir çox tanınmış ziyalısı, siyasi liderlər məsələyə münasibət bildirərək Tofiq Yaqublunun azadlığını istəyiblər.

"BakuPost"un məlumatına görə, VHP sədri, Millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır. Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur: "Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı onun haqda hökm çıxararkən nəzərə alınmalıydı. Belə xırda bir insidentə görə Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsiz hökmdür”.
Deputat həmçinin, hökmdən sonra baş verənlərdən təəssüf hissi keçirdiyini bildirib: "Artıq neçə gündür ki, Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi...İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaqdır..."

Sabir Rüstəmxanlı eyni zamanda məhkəmə hökmləri zamanı qanunun yumşaq üzünün unudulmamasının da vacibliyini bildirib: "Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki... Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməllərin cəzası cərimə ola, maddi tərəfdən qarşılığı ödənilə bilər”.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur