Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Exit-poll Razi Nurullayevi açıqlasa da, MSK-dan başqa ad çıxdı

Exit-poll Razi Nurullayevi açıqlasa da, MSK-dan başqa ad çıxdı

yüklənir...

Parlament seçkilərindən sonra açıqlanan exit-poll nəticələri ilə Mərkəzi Seçki Komissiyasının verdiyi statistikada üst-üstə düşməyən bir dairə müəyyən olunub.

Dünən "Opinion Way” təşkilatının açıqladığı məlumata görə, exit-poll nəticəsində 79 saylı İmişli Seçki Dairəsində Razi Nurullayev 49 faiz səslə öndə idi. Lakin bu gün səhər saat 07-də MSK-nın açıqladığı liderlər siyahısında R.Nurullayevin adı çıxmadı.

 

MSK-nın ilkin nəticələrinə görə, bu dairədə "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 23,7 faiz səslə liderdir. Bu dairədə səslərin sayılması davam edir. MSK-nın məlumatına görə, saat 07-yə kimi bu dairə üzrə 43 məntəqədən 35-nin səsləri sayılıb.

Hazırda MSk-nın saytında yerləşdirilən protokol nəticələrində görə, Murad Fərzəliyev 2 411, Razi Nurullayev isə 1 382 səs toplayıb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur