Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Ötən il 7316 nəfər sürücülük hüququndan məhrum edilib”

“Ötən il 7316 nəfər sürücülük hüququndan məhrum edilib”

yüklənir...

Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirədə Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov çıxış edib.

O bildirib ki, ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

 

2019-cu ildə respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur