Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Davos-2020 və Azərbaycan...

Davos-2020 və Azərbaycan...

yüklənir...

Bu gündən bütün dünyanın diqqət və nəzərləri İsveçrənin dəniz səviyyəsindən 1560 m hündürlükdə yerləşən, 254 km2 əraziyə və 11.000 nəfərlik əhaliyə malik olan kiçik Davos şəhərinə yönəlib. Yaranmasından yarım əsr keçən Dünya İqtisadi Forumunun 50-ci və bir o qədər də vacib olan planetar xarakterli problemlərə həsr olunan dörd günlük – 21-24 yanvar tarixlərini əhatə edəcək növbəti toplantısı keçiriləcək. Tərkibində Dünyanın mərkəzi olan Avropa qitəsinin enerji xəritəsinin yeni müəllif dövlətlərindən biri olan Azərbaycanın Prezindenti İlham Əliyevin də olduğu 100-ə qədər dövlət və hökümət başçılarının, dünyanın iqtisadi nəhəngləri olan holdinq və şirkət rəhbərlərinin, dünya səviyyəli təşkilat nümayəndələrinin, ictimai və din xadimlərinin və digər əhəmiyyətli şəxslərin də daxil olduğu 3000-ə qədər qonağın təşrif buyurduğu 2020-ci il Davos Forumunda planetimizin ən əsas problemlərinin həlli yolları ilə bağlı ciddi müzakirələrin aparılması gözlənilir. 

Davos İqtisadi forumunun tarixinə nəzər yetirdikdə məlum olur ki, bu forum ilk olaraq 1971-ci ildə alman iqtisadçısı Klaus Şvab tərəfindən "Avropa İdarəetmə Forumu” adı altında bir klub şəklində təsis olunsa da müəyyən zaman keçdikdən sonra forumun əhəmiyyəti və miqyası sürətlə artmağa başlamışdır. 1987-ci ildən forumun adı dəyişdirilərək "Dünya İqtisadi Forumu” adlandırılsa da, demək olar ki, hər ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirildiyinə görə daha çox qeyri-rəsmi olaraq "Davos Forumu” kimi də qeyd tanınmaqdadır. Davos İqtisadi Forumunun əhəmiyyəti daha çox forumun iştirakçılarının və orada müzakirə olunan dünyəvi problemlərin dairəsinin tərkibi ilə bağlıdır. Belə ki, adından da göründüyü kimi forumun işində prioritet dünya iqtisadiyyatının mövcud problemlərinin və onların optimal həlli yollarının müzakirələridir. Son 30 ildə Davos forumu qlobal problemlərin işıqlandırılması və çağırışların edilməsi baxımından ən uğurlu platforma rolunu oynamaqdadır. Forumun işində ABŞ, Rusiya, Çin, Braziliya, Hindistan və digər böyük dünya dövlətlərinin liderləri də mütəmadi olaraq iştirak edirlər. Forum ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilsə də, yalnız 2002-ci ildə, 2001-ci il 11 sentyabr hadisələrinə etiraz əlaməti olaraq Nyu-York şəhərində keçirilmişdir. Forumda əsas məqsəd iqtisadi mövzular olsa da bəzən dünyada mövcud olan ciddi xarakterli böhranlar da müzakirə olunur. Buna ən uğurlu misallardan 1988-ci ildə aralarında ciddi böhran yaşanılan Türkiyə və Yunanıstan arasında "Konfliktin genişləndirilməsinin qadağan olunması” barədə bəyannamənin imzalanmasını, 1992-ci ildə Nelson Mandelanın o zamankı Cənubi Afrika Respublikasının Prezidenti Frederik de Klarkla görüşlərinin təşkil olunmasını göstərmək olar.

Ölkəmiz XX əsrin sonlarında müstəqilliyini əldə etdikdən sonra yalnız 1995-ci ildən başlayaraq forumda iştirak etməyə başlayıb. İlk olaraq forumda Azərbaycanı o zaman ölkə Prezidenti olan ümummilli lider Heydər Əliyev təmsil etmişdir və gündəliyi "Qloballaşma, davamlı inkişaf və beynəlxalq ‎inteqrasiyanın perspektivləri” olan həmin forumun sessiyasında çıxış edib. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Azərbaycanın da forumda ilk iştirakından artıq 25 il müddət keçir və bu müddət ərzində Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında əməkdaşlıq çox nöyük və uğurlu inkişaf yolu keçib. 

Hər il forumun mövzusu yenisi ilə əvəz olunur. Yanvarın 21-dən başlayaraq dörd gün ərzində keçiriləcəyi məkanda yalnız bərpa olunan enerjidən istifadə ediləcəyi nəzərdə tutulmuş Dünya İqtisadi Forumunun bu ilki mövzusu "Dayanıqlı və sıx birləşmiş dünyanın marağında olan tərəflər” adlanır. 

Dünya İqtisadi Forumunun bu il keçiriləcək görüşlərində 3000-ə qədər qonağın iştirakı və onlardan 600 nəfərin çıxışları nəzərdə tutulub. Davos 2020-nin prioritetləri kimi 6 planetar problem nəzərdə tutulmuşdur. Bunlar: dünyanın ekoloji təlatümləri, iqtisadi inkişafın sabitliyinin təmin olunması, mövcud texnoloji problemlər, bəşəriyyətin nüvəsini təşkil edən insan faktoru, geosiyasi münaqişələrin həlli yollarına baxış və sənaye inqilabı ilə bağlı məsələlərdir.  Ekoloji mövzu ilə əlaqədar böyük biznes layihələrinin mövcud iqlim dəyişiklikləri riski qarşısında səfərbərliyi və biomüxtəlifliklə bağlı mühafizə tədbirlərinin təsir dairəsini meşələrin dərinlikləri və okeanların dibinə yetişməsini təmin etmək. İqtisadiyyatla bağlı isə uzunmüddətli borc öhdəliklərini aradan qaldırmaq və dünya iqtisadiyyatını onun əhatə dairəsini miqyasını genişləndirməyə imkan verən sabitlikdə saxlamaq. Texnoloji problemlərə münasibətdə isə dördüncü sənaye inqilabı texnologiyasının tətbiqi üzrə qlobal konsensusa və bununla yanaşı "texnoloji müharibələrdən yayınmağa necə nail olmalı. İnsan və cəmiyyət faktoru üzrə əsas məqsəd növbəti onillikdə yeni milyard insanı necə yaşatmaqla bağlı qarşıda duran çətinliklərin aradan qaldırılmasıdır. Geosiyasi mövzuda müzakirələrin - planetin qlobal qaynar nöqtələrində münaqişələrin həlli üçün ənənələr formalaşdırmağa, tərəfləri barışıq mövqeyinə gətirmək və mediativ xarakterli görüşlər təşkil etmək istiqamətində aparılması nəzərdə tutulur. Sənaye sahəsində danışıqlar hazırki sənaye inqilabında ayrı-ayrı sahibkarlıq fəaliyyətlərinin inkişafını təmin edəcək biznes sahələri təsis etməkdən, dünyada siyasi təlatümlərə məruz qalmış, nümunəvi texniki dəyişikliklərə məruz qalmış müəssisələrə bütün maraqlı subyektlərin artan gözləntiləri fonunda mövcud münasibət tərzini müəyyənləşdirməyə hesablanacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun saytında məqaləsi dərc edilib. Həmin məqalədə dövlət başçısı 2007-ci ildən başlayaraq hər il Davos Forumunda iştirak etdiyini, Azərbaycan iqtisadiyyatının 2007-ci ildən bəri sabit inkişaf yolu keçdiyini, ölkəmizin Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi mövqe tutduğunu və Azərbaycanın Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artmasına imkan verəcək boru kəmərlərinin inkişafı kimi mühüm əhəmiyyətli məsələlərə toxunub.

Vəkil Xəyal Bəşirov 


 

 



скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur