Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Daha bir deputatın oğlu namizəd oldu

Daha bir deputatın oğlu namizəd oldu

yüklənir...

V çağırış Milli Məclisin deputatı Mirkazım Kazımovun oğlu Səid Kazımovun iki müxtəlif dairədən namizədliyini irəli sürməsiylə  bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. 

S. Kazımovun həm 67 saylı Cəlilabad şəhər seçki dairəsi, həm də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini verdiyi bildirilib. 

"Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, Seçkilər İnformasiya Mərkəzində qeyd olunmuş məlumatlarda S. Kazımov 67 saylı dairədən namizəd kimi imtina edib. O, imza vərəqələrini 69 saylı dairəyə təqdim etsə də, namizədliyi hələ ki, qeydə alınmayıb.

 

Sözügedən dairədən YAP-ın namizədi isə Sadığov Etibar Sadıq oğludur. O, Cəlilabad Peşə Mərkəzinin direktorudur.

Qeyd edək ki, deputat oğlu AMEA-da hüquq müfəttişi vəzifəsində çalışır.

Xatırladaq ki, S. Kazımovun atası deputat Mirkazım Kazımov YAP-ın V çağırış 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatıdır. YAP 9 fevral seçkilərində M. Kazımovun namizədliyini irəli sürməyib.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur