Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
Prezidentin çağırışından çıxan nəticə: “İslahatlar bitməyib, davam edəcək...”

Prezidentin çağırışından çıxan nəticə: “İslahatlar bitməyib, davam edəcək...”

yüklənir...

"Prezidentin son müşavirədəki çağırışı ona işarədir ki, kadr islahatları bitməyib, davam edəcək və bu davamı gözləmək lazımdır”.


Açıqlamasında bu sözləri Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə zamanı dövlət başçısının iqtidarda olanların bəzilərinin islahatlara qarşı çıxması və belə adamlarla yol yolçusu ola bilməyəcəkləri barədə sərt açıqlaması fonunda ölkədə növbəti kadr islahatlarının ola biləcəyi perspektivinə toxunarkən iqtisadçı ekspert Ruslan Atakişiyev deyib:

 

 

"İslahatlar reallaşarkən prosesə adaptasiya oluna bilməyən, və ya koorporativ maraqlardan çıxış edən şəxslər islahatlara münasibətdə destruktiv mövqe sərgiləmək yolunu tutur. Təbii ki, onların bu hərəkəti adətən islahatların səmərəliliyinin aşağı düşməsinə təsir göstərir. 2016-cı ildə qəbul olunan yol xəritələrinin hər il monitorinqi aparılır. Həmin monitorinqlər zamanı bu işlərin sürətli və vaxtında həyata keçirilməsinin hədəf götürülməsilə yanaşı, qarşıya çıxan problemlər, onların hansı obyektiv və ya subyektiv səbəblərdən yarandığı da müəyyənləşdirilir. Mövcud problemlərin yaranmasında subyektiv amillər varsa, bu özünü müəyyən məmurların öz fəaliyyətlərilə nəzərdə tutulan işin tam olaraq hədəfə çatmasında maneə törətmələrində, yeni sistemə uyğunlaşa bilməmələri, yeniliyə münasibətdə səriştələrinin az olmasında göstərir. Təbii ki, bu fonda belə şəxslərin daha peşəkar kadrlarla əvəz olunmasına ehtiyac yaranır. Son dövrlər bunu da müşahidə edirik. Prezidentin son müşavirədəki çağırışı da ona işarədir ki, kadr islahatları bitməyib, davam edəcək və bu davamı gözləmək lazımdır”.


R. Atakişiyev düşünür ki, kadr islahatları fonunda regionlar üzrə icra hakimiyyəti strukturları müasir dövrün tələblərinə, bazar iqtisadiyyatı düşüncəsinə sahib insanlarla əvəzlənməlidir:"Bu istiqamətdə islahatlar aparılır. Amma araşdırmalar göstərir ki, mərkəzdə islahatlar daha effektiv alınsa da, rayon yerlərində yenə də köhnə idarəetmə üsulları, köhnə yanaşma tərzi, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr davam edir. Ona görə də yerlərdəki kadrlar müasir dövrün tələblərinə cavab verən şəxslərlə əvəzlənməlidir. Yəni idarətetmə sahəsində islahatlara ehtiyac vardır. Habelə, məhkəmə sistemində islahatlar aparılmalıdır. Xüsusən də, əqli mülkiyyətin qorunması sahəsində ciddi islahatlara getməliyik”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur