Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Notariat hərəkətləri barədə sənədləri arxivə təhvil verməyənlər - Cərimələnəcək

Notariat hərəkətləri barədə sənədləri arxivə təhvil verməyənlər - Cərimələnəcək

yüklənir...
Azərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyənləşib.

EkoNews-un məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi) maddəsi əlavə olunub.

Yeni maddəyə əsasən, fəaliyyətinə xitam verilən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri barədə sənədlərin 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Milli Məclisin bugünkü iclasında Məcəlləyə dəyişiklik müzakirələrdən sonra III oxunuşda qəbul edilib.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur