Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Putin suala Qurandan sitat gətirərək cavab verdi

Putin suala Qurandan sitat gətirərək cavab verdi

yüklənir...

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.

Ankarada səfərdə olan Kreml rəhbəri suala Qurandan sitat gətirməklə cavab verib:

"Türkiyədə olduğum üçün müqəddəs Qurandan bu sətirləri xatırlamaya bilmərəm: "Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi”. Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır”.

Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının "Saudi Aramco” neft şirkətlərinə dronlar vasitəsilə hücum olub.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur