Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Baş nazir bir ay əvvəl verdiyi qərara dəyişiklik etdi

Baş nazir bir ay əvvəl verdiyi qərara dəyişiklik etdi

yüklənir...

Baş nazir Novruz Məmmədov "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə 2019-cu il 16 iyul tarixli qərarına yenidən dəyişiklik edilib.

"Yeni Sabah” xəbər verir ki, həmin qərarın 3-cü hissəsi – "Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər” - ləğv edilib.

Qeyd olunan əsasnamənin 2.6-1-ci bəndində isə nəzərdə tutulur: "Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir”. 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur