Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Mehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - Fotolar

Mehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - Fotolar

yüklənir...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ali Hərbi Məktəbin bir qrup məzunu ilə şəhidlərin əziz xatirəsini yad edib.

Bu barədə məlumat Mehriban Əliyevanın İnstaqram səhifəsində yer alıb.

 

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm. Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!", - deyə paylaşımda Birinci vitse-prezidentin fikirləri qeyd olunub.

 





 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur