Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Əli Ömərov müavinini mənim yanımda təhqir etdi”

“Əli Ömərov müavinini mənim yanımda təhqir etdi”

yüklənir...

"1993-cü ilin iyul ayının 16-da Milli Məclisdə Gəncə hadisələri ilə bağlı məsələnin müzakirəsi zamanı İsa Qəmbər çıxış etdikdən sonra təxminən saat 20:30 radələrində foyedə olarkən mülki geyimdə olan bir neçə şəxs onu məcburi qaydada Səbayel rayon polis idarəsinə aparıb həbs etdi. Elə həmin gün Milli Məclis onun, Sülhəddin Əkbərovun və İxtiyar Şirinovun Milli Məclisin üzvlüyündən azad olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələrinə razılıq verilməsi barədə qərarlar verdi". 

Bu sözləri tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədə "Mən necə İsa Qəmbərin vəkili oldum?" adlı postunda paylaşıb.

O bildirib ki, hadisədən bir neçə gün sonra İsa Qəmbərin yaxınları onunla görüşüb vəkillik etməyi xahiş ediblər:

 

"Mən İsa bəylə aramızda olan xoşagəlməz söhbəti xatırladıb dedim ki, ola bilsin o, vəkilliyimi qəbul etməyəcək. Bildirdim ki, əgər İsa bəy şəxsən müraciət etsə etirazım yoxdur. 22 iyulda İsa Qəmbər vəkil təyin edilməyim barədə rəsmi ərizə ilə istintaqa müraciət etdi və mən onun vəkili kimi işə buraxıldım.

İsa Qəmbər

Bundan sonra MTN-in istintaq təcridxanasında İsa bəylə görüşlərimiz oldu. Birinci görüşümüzdə məlum oldu ki, İsa bəy həbs edildikdən 10 gün sonra ona ittiham elan edilib. Barəsində ittiham elan edilənədək 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Əli Ömərovun ( 1993-94-cü illərdə Baş prokuror işləyib-red) şəxsən imzaladığı həbs qərarında İ.Qəmbəri müqəssir qismində cəlb etmək üçün kifayət qədər əsas olmadığı yazılıb.Milli Məclis də qərarında İsa Qəmbərin həbsinə razılıq verməmişdi. İsa bəylə görüşdən sonra mən mətbuat konfransı keçirtdim və onun həbsinin qanunsuz olması barədə bəyanat verdim.

Bundan dərhal sonra məni Baş prokuror Əli Ömərov çağırtdırdı. Məni görən kimi birinci sözü bu oldu ki, qəzetlərdə ağlınıza gələni yazırsınız. Nədən narazı olmasını soruşdum. Dedi ki, o, nə vaxt,harda İsa Qəmbərə ittiham elan etmək üçün kifayət qədər əsas olmadığını yazıb. Bildirdim ki, imzaladığınız həbs qərarında belə yazılıb. Ola bilməz dedi, müavinini və işi aparan müstəntiqi çağırdı, həbs qərarında dediklərimin həqiqət olduğunu oxuyandan sonra sifəti dəyişdi və öz işçilərini təhqir etdi.

Avqust ayının 16-da mənə prokurorluqda dedilər ki, İsa Qəmbəri buraxacaqlar. Mən dərhal MTN-ə gedib bu barədə İsa bəyə məlumat verdim. Lakin həmin gün onu buraxmadılar. Nəhayət, 18 avqustda mən müstəntiqlə MTN-ə gəldim və həmin gün İsa Qəmbəri azad etdilər. Sonralar İsa bəy mənə deyirdi ki, son iki gün ondan ötrü əvvəlki bir aydan daha uzun olmuşdu. 

Bu hadisədən sonra müdafiə etdiyim heç bir şəxsə azad olunması barədə qərarı görmədən buraxılacağını demirəm. Yadımdaykən ikinci sualın da cavabını yazım. Dostlardan Ehtiram İlham İsa bəyi zaminə götürən şəxslərin adını düz yazıb. Bunlar xalq yazıcıları Anar və rəhmətlik Yusif Səmədoğlu idilər. Onlar da İsa bəy azad olunan gün MTN-ə gəldilər. Yusif Səmədoğlunun xahişi ilə təcridxana rəisi ona kameranı göstərdi. Yusif müəllim gülə-gülə dedi ki, kamerada duş da olsa yaradıcılıq üçün əla şərait var. İsa Qəmbərin işi ilə bağlı hələ ki, bu qədər".

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur