Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Tərcümə Mərkəzi ilə bağlı dəyişiklik

Tərcümə Mərkəzi ilə bağlı dəyişiklik

yüklənir...

Nazirlər Kabineti "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edib.Yeni dəyişiklikdə əsasən Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinə nəzarətlə bağlı qaydalar əks olunub.

Belə ki, bundan sonra Mərkəzin fəaliyyətinə nəzarəti təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirəcək.

 

Bundan əlavə, mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradılır. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər. Həmçinin gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur